Böyük Britaniyadan sonra Fransa da Tehrandakı səfirlik əməkdaşlarını təxliyə edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransa Tehrandakı səfirliyinin bütün şəxsi heyətini təxliyə etdiyini elan edib.
Bu qərar Böyük Britaniyanın analoji addımından və fransız diplomatların Tehranda İran xüsusi xidmət orqanları tərəfindən təzyiqə və fiziki zorakılığa məruz qalması insidentindən sonra qəbul edilib.
Fransanın xarici işlər naziri Barro baş vermiş hadisəni diplomatik immunitetin kobud şəkildə pozulması, həmçinin “son dərəcə ciddi və qəsdən törədilmiş hücum” adlandırıb.
Nazir bu qanunsuz hərəkətlərin mütləq şəkildə ciddi nəticələrinin olacağını vurğulayıb.
Səfirlik əməkdaşlarının artıq Parisə qayıtdığı və onlara lazımi dəstək göstərildiyi bildirilir.
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi də Tehrandakı diplomatik heyətinin təxliyəsini ölkədə ümumi təhlükəsizlik şəraitinin kəskin şəkildə pisləşməsi ilə əlaqələndirib.
Xuraman Etibarlı
İnterpress.аz






