Bullteryer iti 3 yaşlı uşağa HÜCUM ETDİ – FOTO/VİDEObackend

Bullteryer iti 3 yaşlı uşağa HÜCUM ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leninqrad vilayətində ağızlıqsız gəzdirilən bulteryer iti 3 yaşlı uşağa hücum edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Leninqrad vilayətinin Kokkorevo kəndində dəhşətli heyvan hücumu hadisəsi baş verib. Gəzinti zamanı qoruyucu ağızlıqsız olan “bulteryer” cinsli it qəfildən 3 yaşlı uşağa hücum çəkib.

Atası oğlunu dərhal qucağına almağa nail olsa da, sıçrayış edən aqressiv heyvan uşağın ayağından yapışaraq buraxmayıb.

Hücum nəticəsində uşağın ayaq sümüyü sınıb, həmçinin bədənində 3 dərin yırtıq yara əmələ gəlib və ona xəstəxanada 8 tikiş qoyulub.

Münaqişə zamanı oğlunu xilas etmək istəyən ata da müxtəlif xəsarətlər alıb.

Yerli sakinlərin sözlərinə görə, həmin bulteryer iti əvvəllər də başqa bir azyaşlı uşağa hücum edibmiş.

Zərərçəkən azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına rəsmi şikayət ərizəsi təqdim ediblər və itin məsuliyyətsiz sahibinin qanun qarşısında cavab verməsini tələb edirlər.

Faktla bağlı polis tərəfindən rəsmi təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.аz