İsrailin müdafiə naziri bildirib ki, İran hücum edərsə, sarsıdıcı cavab alacaq.
İnterpress.аz xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İsrailin müdafiə naziri İsrail Katz ölkənin Baş Qərargah rəisi Zamir və digər yüksəkrütbəli hərbi rəhbərlərlə birgə təhlükəsizlik məsələlərinə dair mühüm müşavirə keçirib.
Müşavirə zamanı çıxış edən nazir ordunun bütün mümkün hərbi ssenarilərə tam hazır vəziyyətdə olduğunu bəyan edib.
Müdafiə naziri İran İslam Respublikasına birbaşa sərt xəbərdarlıq ünvanlayaraq, “Əgər İran İsrailə hücum edərsə, mütləq şəkildə sarsıdıcı cavab alacaq” ifadələrini işlədib.
Bununla da rəsmi Təl-Əviv regionda hərbi gərginliyin artdığı bir vaxtda öz müdafiə hazırlığını nümayiş etdirərək İrana qarşı növbəti xəbərdarlıq mesajını göndərib.
Xuraman Etibarlı
İnterpress.аz






