Əfsanəvi “Nightcall” mahnısının bəstəkarı 50 yaşında VƏFAT ETDİ – VİDEObackend

Əfsanəvi “Nightcall” mahnısının bəstəkarı 50 yaşında VƏFAT ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Drive” filminin məşhur “Nightcall” saundtrekinin müəllifi, fransız musiqiçi Kavinski vəfat edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kult xarakterli “Drive” (Drayv) filminin əsas saundtreki olan məşhur “Nightcall” bəstəsinin müəllifi, “Kavinsky” ləqəbi ilə tanınan fransız elektron musiqi sənətçisi Vensan Pyer Klod Belorje vəfat edib.

Tanınmış bəstəkarın 50 yaşı var idi.

Kavinski fransız musiqi dünyasında, xüsusilə fransız haus (French house) və sintveyv (synthwave) janrlarında ən nüfuzlu və fərqli simalardan biri hesab olunurdu.

Onun yaradıcılığı və 80-ci illərin üslubunu özündə birləşdirən bəstələri bütün dünyada milyonlarla dinləyici tərəfindən böyük maraqla qarşılanmışdı.

Musiqiçinin vəfat səbəbləri barədə rəsmi dairələr tərəfindən hələlik geniş təfərrüatlı məlumat açıqlanmayıb.

Onun qəfil ölümü dünya musiqi və kino ictimaiyyəti, həmçinin pərəstişkarları tərəfindən dərin kədərlə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.аz