Yekaterinburqda “Wildberries”də təcili TƏXLİYƏ: PUA təhlükəsi ELAN OLUNDU – VİDEObackend

Yekaterinburqda “Wildberries”də təcili TƏXLİYƏ: PUA təhlükəsi ELAN OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda “Wildberries” anbarının əməkdaşları PUA təhlükəsinə görə təxliyə edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində “Wildberries” (WB) onlayn ticarət nəhənginin iri logistika mərkəzinin əməkdaşları təcili olaraq kütləvi şəkildə təxliyə ediliblər.

Buna səbəb regionda rəsmi olaraq PUA (pilotsuz uçuş aparatı) təhlükəsinin elan edilməsi olub.

Ərazidə yarana biləcək hər hansı hava zərbəsi və ya qəza riskinə qarşı təhlükəsizlik tədbirləri çərçivəsində yüzlərlə işçi dərhal anbar binalarından kənarlalaşdırılıb.

Hazırda vilayətin mülki müdafiə və fövqəladə hallar xidmətləri gücləndirilmiş növbətçilik rejimində fəaliyyət göstərir. Hava məkanına və strateji obyektlərə nəzarət maksimum dərəcədə artırılıb.

Xuraman Etibarlı

İnterpress.аz