Ukrayna rəhbərliyinin məhv edilməsini tələb edən Solovyov FSB-yə kəskin ETİRAZ ETDİ – SƏS YAZISIbackend

Ukrayna rəhbərliyinin məhv edilməsini tələb edən Solovyov FSB-yə kəskin ETİRAZ ETDİ – SƏS YAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur rusiyalı təbliğatçı-aparıcı Vladimir Solovyov FSB-ni və rusiyalı diplomatları sərt şəkildə ittiham edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın tanınmış təbliğatçısı və teleaparıcısı Vladimir Solovyov canlı yayımda Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarını və rusiyalı diplomatları hədəf alan səs-küylü bəyanatlarla çıxış edib.

O, siyasi rəqibləri və düşmənləri “məhv etməyi bacarmayan” FSB əməkdaşlarının dərhal işdən qovulmasını tələb edib, həmçinin Xarici İşlər Nazirliyinin (XİN) bəzi rəsmilərini xəyanətdə ittiham edib.

Bu qalmaqallı çıxışa Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ukrayna ilə danışıqlara hazır olduqları barədə kontekstdən çıxarılmış bəyanatı səbəb olub.

Aparıcı iddia edib ki, nazir müavinləri Sergey Lavrova qulaq asmırlar və yalnız “Rusiyadan qaçmaq” arzusundadırlar.

Solovyov həmçinin xüsusi xidmət orqanlarını sovet dövrünün məşhur kəşfiyyatçısı Pavel Sudoplatovun kəskin üsullarından istifadə edərək Ukrayna rəhbərliyini fiziki olaraq məhv etməyə çağırıb və bunu bacarmayan “çekistlərin” işdən qovulmasını tövsiyə edib.

Teleaparıcının bu qalmaqallı monoloqu rəsmi yayım arxivlərindən tamamilə silinsə də, səs yazısı digər kənar internet resurslarında saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz