Moskva ilə Varşava arasında NÖVBƏTİ GƏRGİNLİK: “Polşa öz varlığına görə SSRİ-yə borcludur”backend

Moskva ilə Varşava arasında NÖVBƏTİ GƏRGİNLİK: “Polşa öz varlığına görə SSRİ-yə borcludur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mariya Zaxarova bildirib ki, Polşa rəsmisi Karol Navrotski klinik rusofobiyadan əziyyət çəkir.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotskinin fəaliyyətini kəskin tənqid edib.

O, Polşa rəsmisinin “klinik rusofobiyadan” əziyyət çəkdiyini və müasir Polşanın öz mövcudluğuna görə birbaşa SSRİ-yə borclu olması tarixi faktının onu ciddi şəkildə narahat etdiyini bildirib.

Zaxarova həmçinin vurğulayıb ki, Polşa Prezidenti öz rəsmi çıxışlarında mütəmadi olaraq nifrət nitqindən istifadə edir.

Onun sözlərinə görə, rusları aşağılamaq məqsədilə işlədilən qeyri-etik “moskal” ifadəsi artıq bütün Polşa siyasi elitası üçün adi bir normaya çevrilib.

Rusiya XİN rəsmisinin bu kəskin bəyanatı son dövrlər Polşa və Rusiya arasında tarixi hadisələrin və İkinci Dünya müharibəsinin nəticələrinin fərqli qiymətləndirilməsi fonunda yaranan növbəti diplomatik gərginliyin göstəricisidir.

Xuraman Etibarlı

İnterpress.аz