“Netflix”dən Hollivudda QEYRİ-ADİ ŞOU: Yeni qorxu filmi üçün aktyor 3 gün bilbordda YAŞAYACAQ – VİDEObackend

“Netflix”dən Hollivudda QEYRİ-ADİ ŞOU: Yeni qorxu filmi üçün aktyor 3 gün bilbordda YAŞAYACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Netflix” Hollivudda yeni qorxu filminin reklamı üçün aktyoru 3 günlüyə bilbord otağa yerləşdirib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məşhur “Netflix” platforması yeni qorxu filminin təbliği üçün Hollivudun mərkəzində olduqca qeyri-adi və fərqli bir reklam kampaniyasına imza atıb.

Şirkət küçədə nəhəng bilbord (reklam lövhəsi) şəklində şəffaf otaq quraşdırıb və bura yerləşdirilən aktyor üç gün ərzində həmin məkanda yaşayacaq.

Həmin şəxs otaqda özünün adi gündəlik işləri ilə məşğul ola və yoldan keçən insanlarla ünsiyyət qura bilər, lakin bu ünsiyyət yalnız daxildəki bəyaz yazı lövhəsi vasitəsilə həyata keçirilməlidir.

“Netflix” bu qeyri-adi üsulla yeni “Sonuncu ev” (The Last House) qorxu filmini reklam edir.

Filmin süjet xəttinə görə, bir ailə öz evində qapalı qalır və heç bir vəchlə çölə çıxa bilmir, çünki divarların arxasında onları naməlum və ölümcül bir təhlükə gözləyir.

Xuraman Etibarlı

İnterpress.аz