Rusiyada məşuqə ona messencer vasitəsilə qeyri-etik ifadə yazan həyat yoldaşını məhkəməyə verərək təzminat qazanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyada olduqca qeyri-adi və səs-küylü məhkəmə çəkişməsi başa çatıb. Məşuqə sevgilisinin arvadına qarşı məhkəmədə qalib gəlib və messencer tətbiqində təhqirlərə görə 52.000 rubl (təxminən 1075 man.) təzminat alıb.
Məlumata görə, xəyanətə uğrayan qadın yazışma zamanı ərinin sevgilisini ağır və qeyri-etik ifadələrlə təhqir edib.
Gənc qadın isə bu təhqirlərlə razılaşmayaraq məhkəməyə üz tutub və öz bədənini pul qarşılığında satmadığını rəsmi şəkildə sübut edib.
Məhkəmə müraciəti təmin edərək həyat yoldaşının bu davranışını şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirib və onun üzərinə təzminat ödəmək öhdəliyi qoyub.
Hadisə sosial şəbəkələrdə və hüquq dairələrində geniş müzakirələrə yol açıb.
Xuraman Etibarlı
İnterpress.аz






