Medvedevdən Yaponiyaya SƏRT MESAJ: “Kuril adaları Rusiya torpağı olub, indi də belədir və olacaq”backend

Medvedevdən Yaponiyaya SƏRT MESAJ: “Kuril adaları Rusiya torpağı olub, indi də belədir və olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medvedev Yaponiyaya sərt cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiyanın baş nazirinin Kuril adalarının “əvvəldən Yaponiyaya məxsus olması” ilə bağlı fikirlərini sərt şəkildə tənqid edib.

Medvedev bildirib ki, Yaponiya baş nazirinin bu açıqlamaları heç nəyi dəyişməyəcək və Kuril adaları “Rusiya torpağı olub, var və olacaq”.

O əlavə edib ki, bunu anlamayanların “yanlış təsəvvürlərinin dəhşətli nəticələri” ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az