Qazaxıstanda kişi keçmiş həyat yoldaşının üzərinə TURŞU ATDIRDI – FOTObackend

Qazaxıstanda kişi keçmiş həyat yoldaşının üzərinə TURŞU ATDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda kişi keçmiş həyat yoldaşının üzərinə turşu atdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstanda kişi məhkəmənin müəyyən etdiyi aliment məbləğinə qəzəbləndiyi üçün beş il əvvəl ayrıldığı keçmiş həyat yoldaşına qarşı ağır hücum təşkil edib.

Məlumata görə, kosmetoloq işləyən qadına tanımadığı bir qız sosial şəbəkədən yazaraq təcili manikür üçün qəbul istəyib. Qadın razılaşaraq evdən çıxarkən ona hücum edilib, yerə yıxılıb və üzərinə turşu tökülüb.

Nəticədə qadının boynu, üzü, əlləri, çiyinləri və sinəsi ağır yanıb.

Sonradan məlum olub ki, əslində heç bir müştəri olmayıb. Qadına saxta hesabdan yazan şəxs onun beş il əvvəl ayrıldığı keçmiş həyat yoldaşı olub.

İddialara görə, hücuma səbəb məhkəmənin təyin etdiyi 10 min tenge (təxminən 36 man) aliment olub.

Xuraman Etibarlı

İnterpress.az