Tibb məktəbinin direktoruna AĞIR CƏZA: 10 il HƏBS və 1 milyon 230 min manat CƏRİMƏbackend

Tibb məktəbinin direktoruna AĞIR CƏZA: 10 il HƏBS və 1 milyon 230 min manat CƏRİMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılyarda tibb məktəbinin direktoru 10 il həbs cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Qızılyar (Kizlyar) şəhərində tibb kollecinin direktoru Rüstəm Şahbanov rüşvət verməkdə təqsirli bilinərək 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, Şahbanov hüquq-mühafizə orqanının əməkdaşına 2 milyon rubl (təxm. 41 min man) rüşvət verməkdə təqsirli bilinib.

Ona həmçinin 60 milyon rubl (təxm. 1 milyon 228 min man)məbləğində cərimə tətbiq edilib.

Xuraman Etibarlı

İnterpress.az