İxracatçılar Hörmüz boğazı vasitəsilə gizli neft daşınması təşkil ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İxracatçılar Hörmüz boğazı vasitəsilə gizli neft daşınmasını bərpa ediblər, daşınma həcmi gündə 4 milyon barreli keçib.
Tankerlər dəniz dəhlizindən transponderləri söndürülmüş halda keçir, daha sonra nefti Oman körfəzində daha böyük gəmilərə boşaldırlar.
Analitiklərin məlumatına görə, bu cür tədarüklər “Brent” markalı neftin qiymətini barrel üçün 80-90 dollar (təxminən 136-153 manat) civarında saxlamağa kömək edir.
Xuraman Etibarlı
İnterpress.az






