Krasnodarda kişi elektronika mağazasını darmadağın edərək böyük ziyan vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Krasnodar şəhərində 34 yaşlı yerli sakin elektronika mağazasında qəzəblənərək çaxnaşma törədib. O, sirada duran televizorları bir-bir yerə çırparaq məhv edib.
Cəmi bir neçə dəqiqə ərzində 15 ədəd texniki avadanlığı sıradan çıxaran şəxs mağazaya 1,5 milyon rubl (təxminən 30 000 manat) məbləğində maddi ziyan vurub.
Hadisə anı obyektin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Hadisə yerinə gələn Rusiya Qvardiyasının əməkdaşları xuliqanlıq edən şəxsi saxlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






