Üçqat qətldə şübhəli bilinən Rusiya vətəndaşı ÖLÜ TAPILDI – FOTObackend

Üçqat qətldə şübhəli bilinən Rusiya vətəndaşı ÖLÜ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqroda üçqat qətldə şübhəli bilinən Rusiya vətəndaşı ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Monteneqro polisi məlumat yayıb.

Daniloqraddakı atıcılıq klubunda üç nəfərin öldürülməsindən sonra axtarışda olan Rusiya vətəndaşı Mixail Şabunin Herceq-Novidə keçirilən polis əməliyyatından sonra ölü tapılıb.

Məlumata görə, polis Şabunini Topla ərazisində meşədə aşkar edib. Hüquq-mühafizə əməkdaşları ərazini mühasirəyə aldıqdan sonra o, onlara atəş açıb.

Bir müddət sonra atəş səsləri kəsilib və polis Şabuninin meyitini tapıb. Onun yanında döyüş silahı olub.

Əməliyyata xüsusi təyinatlılar, sərhəd polisi, texnika və axtarışlarda istifadə olunan hərbi helikopter cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.az