İrakli Qaribaşvili hüquq müdafiəçisinin ölümü ilə bağlı DİNDİRƏLƏCƏKbackend

İrakli Qaribaşvili hüquq müdafiəçisinin ölümü ilə bağlı DİNDİRƏLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrakli Qaribaşvili və müxalifət liderləri hüquq müdafiəçisinin ölümü ilə bağlı dindiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, keçmiş baş nazir İrakli Qaribaşvili və bir sıra müxalifət nümayəndələri hüquq müdafiəçisi Lazare Corbenadzenin intiharı ilə bağlı dindiriləcəklər.

Prokurorluq hazırkı mərhələdə Daxili İşlər Nazirliyinin araşdırması əsasında ölüm faktının intihar olduğunu təsdiqləyib.

Qaribaşvilinin son məktubunda Corbenadzenin ölümü ilə bağlı suallar qaldırılıb.

Bununla əlaqədar Qaribaşvili, “Dəyişikliklər üçün Koalisiya”nın lideri Nika Qvaramia, “Vətənpərvərlər Alyansı”nın baş katibi İrma İnaşvili və digər şəxslər dindiriləcək.

Prokurorluq sorğuların nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az