İstanbulda tikinti sahəsində torpaq sürüşməsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbulun Başakşehir rayonunda tikinti sahələrindən birində torpaq sürüşməsi baş verib. Hadisə zamanı ərazidə üç fəhlənin olduğu bildirilir.
İlkin məlumata görə, dağıntıların altından iki fəhlə xilas edilib. Hazırda qalan bir fəhlənin dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisənin səbəbləri və fəhlələrin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






