Özbəkistan vətəndaşları Tailand vizası üçün Moskvaya getməli olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın Banqkokdakı Baş Konsulluğu məlumat yayıb.
Tayland Özbəkistan vətəndaşları üçün ölkəyə giriş qaydalarını sərtləşdirib.
Yeni qaydalara əsasən, viza müraciətini onlayn təqdim etmək mümkün olsa da, viza rüsumunun ödənilməsi üçün Tailandın Moskvadakı səfirliyinə şəxsən müraciət etmək tələb olunur.
Dəyişikliyin Tailandın Baş naziri Anutin Çarnvirakul tərəfindən təsdiqləndiyi bildirilir.
Hakimiyyət bu qərarı qanunsuz işləmə, biznes fəaliyyəti və əcnəbilərin cinayət sxemlərində iştirak etməsi hallarının artması ilə əlaqələndirib.
Yeni qaydalara əsasən, 30 günədək vizasız giriş yalnız 60 ölkənin vətəndaşları üçün saxlanılıb. Mərkəzi Asiya ölkələri arasında bu siyahıya yalnız Qırğızıstan daxil edilib.
Özbəkistan vətəndaşları həm vizasız giriş hüququnu itirib, həm də ölkəyə gəldikdən sonra viza almaq imkanından məhrum olublar.
Özbəkistan Xarici İşlər Nazirliyi prosedurun sadələşdirilməsi üçün Tailand tərəfi ilə danışıqlar aparır.
Xuraman Etibarlı
İnterpress.az






