ABŞ-nin zərbələri nəticəsində daha 6 iranlı hərbçi həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran KİV-lərinin məlumatına görə, sentyabrın 1-də ABŞ tərəfindən ölkənin cənubundakı obyektlərə endirilən zərbələr nəticəsində İran Hərbi Dəniz Qüvvələrinin daha 6 hərbçisi ölüb.
Bundan əvvəl eyni hücum zamanı İran Hərbi Hava Qüvvələrinin 3 pilotunun öldüyü barədə məlumat yayılmışdı.

Xuraman Etibarlı
İnterpress.az






