\”Futbolda qazanmaqda, məğlub oomaqda var. Amma insanların ailələri daha önəmlidir\”. Məlumata görə, bunu ötən gün Çexiya ilə qarşılaşmada qələbə qazanan Türkiyə millisinin kapaitanı Arda Turan oyundan sonra deyib. Turan xoşbəxt olduqlarını, amma heç kimdən incimədiklərini də deyib. \”İnşallah son 16-ya qalarıq\”.
O, futbola görə kefinin heç pozulmadığını da qeyd edib. \”Bu ölkədə 90 matç oynamışam. 5 pis oyunumu göstərənə bütün sərvətimi verə bilərəm. İnsanları anlamaq bəzən çox çətindir. Mənim üçün problem yoxdur, amma anam ağlamasa idi daha yaxşı oalrdı. Bunu bağışlamayacağam\”.
Türk futbolçu komandasının gücündən də danışıb. O, Türkiyə millisinin dünyanın bütün komandalarını məğlub etmək gücündə olduğunu deyib. A.Turan pis oyundan sonra tənqidləri qəbul etməyə hazır olduqlarını desə də, pulgir olmaları iddialarını qəbul edilməz olduğunu vurğulayıb.
\”İnsanlar idmanla məşğul olur. Ailələrinə söz deməyə heç kimin haqqı yoxdur. Ölkəmiz, formamız, qürurumuz üçün mübarizə aparırıq. Bizə yaraşanı etdik. Anamı kifayət qədər çox ağlatdılar. Bunun hesabını hər kəs tək-tək verəcək\”. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=juDynKcVUUo