Alimlər ton balıqlarında kütləvi parazit aşkarlayıb.
İnterpress.az xəbər verir ki, braziliyalı alimlərin apardığı araşdırma ton balıqları ilə bağlı diqqətçəkən nəticə ortaya qoyub.
Tədqiqatçılar 53 zolaqlı ton balığını (Yazılı orkinos) araşdırıblar. Onlardan 51-də, yəni nümunələrin 96 faizində parazit qurdlar aşkarlanıb.
Ümumilikdə balıqlarda təxminən 1600 parazit qeydə alınıb.
Araşdırmanın daha diqqətçəkən nəticəsi isə parazitlərin yalnız balıqların daxili orqanlarında deyil, qida kimi istifadə olunan əzələ toxumasında da aşkar edilməsidir.
Məlumata görə, araşdırılan balıqların 58,5 faizinin əzələ toxumasında parazitlərə rast gəlinib. Bu isə xüsusilə çiy balıqdan hazırlanan suşi və rollar baxımından narahatlıq doğurur.
Alimlərin əldə etdiyi nəticələr ton balığının qida kimi istifadəsi zamanı parazitlərin mövcudluğunun nəzərə alınmasının vacibliyini göstərir.

Xuraman Etibarlı
İnterpress.az






