Rus ilə münasibətdə olan osetin qız zorla QAÇIRILDI – VİDEObackend

Rus ilə münasibətdə olan osetin qız zorla QAÇIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tverdə 21 yaşlı osetin qızın rusiyalı ilə münasibətinə görə qohumları tərəfindən qaçırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tverdə 21 yaşlı Diana adlı osetin qızın rusiyalı sevgilisi ilə münasibətinə görə ailə üzvləri tərəfindən zorla aparıldığı iddia olunur.

Qızın nişanlısı Fyodorun sözlərinə görə, Diana avqustun 12-də evdən qaçıb. O, evdə döyüldüyünü, qapalı saxlanıldığını, pasport və telefonunun əlindən alındığını bildirib.

Diana Fyodorla birlikdə başqa şəhərə gedib. Cütlüyün bir həftə sonra toy etməyi planlaşdırdığı qeyd olunur.

İddiaya görə, qızın qohumları onların ünvanını müəyyənləşdirərək cütlüyə hədələyici mesajlar göndərməyə başlayıblar.

Daha sonra Diana nişanlısının nənəsi ilə mağazaya gedərkən atası və qardaşları tərəfindən izlənilib. Onların qıza zərbə endirdiyi və zorla avtomobilə mindirdiyi iddia olunur.

Hazırda Diananın harada olduğu məlum deyil.

Fyodor avtomobilin məlumatlarını polisə təqdim etdiyini, həmçinin İstintaq Komitəsinə və prokurorluğa müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, axtarış tədbirləri aparılmır. O, həmçinin Diananın qardaşlarının onu öldürməklə hədələməyə davam etdiyini iddia edib.

Xuraman Etibarlı

İnterpress.az