Tailandda cinsiyyət orqanının böyüdülməsi prosedurundan sonra kişi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
43 yaşlı Böyük Britaniya və Nigeriya vətəndaşı, tanınmış iş adamı və bloqer İqo “Tayni” Ubiribo (Igho “Tiny” Ubiribo) vəfat edib.
O, Banqkokda istirahət zamanı cinsiyyət orqanının böyüdülməsi məqsədilə lidokain tərkibli 40 ml hialuron turşusu inyeksiyası etdirib. Prosedurdan sonra onun sinəsində ağrı yaranıb və iki dəfə huşunu itirib.
Həkimlər 100 dəqiqədən çox müddətdə onu reanimasiya etməyə çalışsalar da, Ubiribonu xilas etmək mümkün olmayıb.
Sonradan aparılan yarılma zamanı onun ağciyərlərində hialuron turşusu aşkar edilib.
Ubiribo Londonda 745 min dollardan (təxminən 1 milyon 266 min manat) baha qiymətləndirilən qızıl tabutda dəfn olunub.
Xuraman Etibarlı
İnterpress.az






