Moskvada 25 yaşlı qadın ictimai saunanın hovuzunda boğulub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada, Basmannı rayonunda yerləşən ictimai saunada 25 yaşlı Alyona hovuzda boğularaq ölüb.
Məlumata görə, qadın üzmək üçün hovuza girib və suya daldıqdan sonra bir daha səthə çıxmayıb.
İlkin məlumata görə, Alyona bir neçə dəqiqə hovuzun dibində qalıb.
Saunanın əməkdaşları onu sudan çıxararaq ilkin yardım göstərməyə çalışıblar. Lakin hadisə yerinə gələn tibbi yardım briqadası qadının öldüyünü müəyyən edib.
Hadisənin səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






