Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Рadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır./apa






