Çində kişi şam yeməyini bəyənmədiyi üçün həyat yoldaşını bıçaqlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində kişi həyat yoldaşının hazırladığı şam yeməyindən narazı qaldığı üçün qəzəblənib. O, bıçaq götürərək qadına bir neçə dəfə zərbə endirib. Daha sonra hadisə yerindən uzaqlaşıb.
Ağır yaralanan qadın qan içində yerdə qalıb və həyatını itirib. Hadisəni törədən kişi polis tərəfindən saxlanılıb.
Cinayətin digər təfərrüatları və şəxsin motivləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






