Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.
Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) alınıb. Nəticədə ölkəmiz \”Rio-2016\”da cəmi 3 kişi atletlə mübarizə aparacaq.
Qeyd edək ki, ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya edilib. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi. (\”Report\”)
İnterpress.az