Yekaterinburqda Dağıstandan olan cinayətkar qrupun üzvləri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yekaterinburqda Dağıstandan olan mütəşəkkil cinayətkar qrupun üzvləri tutulub.
Məlumata görə, onlar iyul ayında 25 yaşlı kişini qaçıraraq Fucik küçəsində yerləşən mənzilə aparıb və ondan 1 milyon rubl (təxminən 22,8 min manat) tələb ediblər. Zərərçəkən məbləğin böyük hissəsini verib.
Əməliyyat cinayət axtarışı əməkdaşları tərəfindən Xüsusi Təcili Reaksiya Bölməsi (SOBR) “Vogul”un dəstəyi ilə keçirilib.
Axtarış zamanı bıçaqlar və beysbol dəyənəyi aşkarlanıb. Saxlanılan şəxslərin yaşı 37-48 arasındadır.
İstintaq onların digər oxşar cinayətlərdə iştirakını da araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






