Novı Xuşetdə qaz qarışığının partlaması nəticəsində bir neçə nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb.
Dağıstanın Novı Xuşet kəndində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə yerinə tibbi yardım və FHN əməkdaşları cəlb olunub.
Partlayışın zərbə dalğasının təsirindən fərdi yaşayış evinin damı uçub.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






