Haker qrupu FTB-nin məlumat bazasını sındırdığını və minlərlə əməkdaşın məlumatlarını oğurladığını iddia edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“ShinyHunters” adlı haker qrupu Federal Təhqiqatlar Bürosunun (FTB) məlumat bazasına daxil olduğunu və minlərlə əməkdaşın məlumatlarını oğurladığını iddia edib.
FTB məsələ ilə bağlı hələlik açıqlama verməyib.
“ShinyHunters” beynəlxalq kibercinayətkar qrup kimi tanınır. Qrupun böyük həcmdə məlumat bazalarının oğurlanması, korporativ bulud sistemlərinin sındırılması və sonradan şantaj məqsədilə istifadə olunması ilə məşğul olduğu bildirilir.
Qrupun konkret hər hansı ölkə ilə əlaqəsi müəyyən edilməyib.
Xuraman Etibarlı
İnterpress.az






