Abxaziyada rusiyalı turist qadın tanış olduğu kişi tərəfindən öldürülüb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Orenburqdan olan 26 yaşlı Amina Qaqrada Edqar adlı kişi ilə tanış olduqdan sonra onun evinə gedib. Aralarında yaranan mübahisə zamanı kişi qadını boğaraq öldürüb.
Daha sonra meyiti Bzıb dərəsi ərazisinə apararaq gizlətməyə çalışıb, lakin bunu bacarmayıb və qadının yorğana bükülmüş meyitini kolluğa atıb. Zərərçəkənin telefonunu isə çaya atıb.
Məlumata görə, Edqar daha əvvəl də ağır cinayət törədib. Yeddi il əvvəl o, tənha ərazidə rusiyalı turist qadına hücum edərək onu döyüb, zorlayıb və qarət edib.
Zərərçəkən sağ qalıb, Edqar 2021-ci ildə 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.
Lakin cinayəti 17 yaşında törətdiyi üçün cəzası yüngülləşdirilib və 2024-cü ilin fevralında azadlığa buraxılıb.
Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi turistləri Abxaziyaya səfərlər zamanı təhlükəsizlik riskləri barədə xəbərdar edib.
Xuraman Etibarlı
İnterpress.az






