Almaniyanın dövlət borcu son rübdə 26,3 milyard avro artıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Almaniyanın dövlət borcu 2026-cı ilin ikinci rübündə 26,3 milyard avro (təxminən 50,8 milyard manat) artaraq iyunun sonuna 2,75 trilyon avroya (təxminən 5,3 trilyon manat) çatıb.
İlkin məlumatlara görə, ən böyük artım federal hökumətin öhdəliklərində qeydə alınıb, 20,5 milyard avro.
Artımın əsas səbəblərindən biri xüsusi fondların borclarının yüksəlməsi olub. İnfrastruktur və iqlim neytrallığı fondunun borcu 13,8 milyard avro, Bundesver üçün xüsusi fondun borcu isə 4,2 milyard avro artıb.
Federal torpaqların borcu 2,9 milyard avro artaraq 646 milyard avroya (təxminən 1,25 trilyon manat), şəhər və bələdiyyələrin ümumi borcu isə 200 milyard avroya (təxminən 386,5 milyard manat) çatıb.
Xuraman Etibarlı
İnterpress.az






