Bakıda AQEM-in Media Forumu keçirilirbackend

Bakıda AQEM-in Media Forumu keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

İnterpress.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Media və Yayım Şurasıdır.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirlər.