Flydubai reysində yaralanan kapitanın həyatını israilli stomatoloq xilas edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, gürcü-yəhudi əsilli stomatoloq Şota Musayev Flydubai-nin Dubay-Təl-Əviv reysində ikinci pilotun hücumuna məruz qalan kapitana ilkin tibbi yardım göstərib.
Musayev qanaxmanı dayandırdığını və kapitanın enişə qədər vəziyyətinin nisbətən stabil qaldığını bildirib.
Stomatoloq özünü qəhrəman hesab etmədiyini, hadisə zamanı sərnişinlərin və ekipaj üzvlərinin birlikdə hərəkət etdiyini deyib.
Məlumata görə, Musayev Tbilisi Dövlət Tibb Universitetində təhsil alıb, hazırda ailəsi ilə İsraildə yaşayır və stomatoloq kimi çalışır. Həyat yoldaşı da həmin reysdə olub.
Xuraman Etibarlı
İnterpress.az






