Avropanın İsrailə qarşı sanksiyalar hazırladığı BİLDİRİLİRbackend

Avropanın İsrailə qarşı sanksiyalar hazırladığı BİLDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın İsrailə qarşı seçkilərdən sonra yeni sanksiyalar tətbiq edə biləcəyi bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Yüksək rütbəli, anonim avropalı diplomatın sözlərinə görə, Avropa ölkələri İsraildə keçiriləcək parlament seçkilərindən dərhal sonra ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edə bilər.

Diplomat Avropa ölkələrinin İsrail hökumətinin İordan çayının Qərb sahilində məskunlaşma siyasəti və məskunlaşanların zorakılığına qarşı tədbir görülməməsindən narazılığının yüksək həddə çatdığını bildirib.

Məlumata görə, bəzi Avropa ölkələri seçkilərə qədər sərt addımlar atmaqdan çəkinir. Diplomat seçkilər başa çatdıqdan sonra sanksiyaların tətbiqində ciddi artım ola biləcəyini iddia edib.

Xuraman Etibarlı

İnterpress.az