Tatarıstan və Başqırdıstanda Basayevin dəstəsində olmuş üç nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Tatarıstan və Başqırdıstanda Şamil Basayevin silahlı dəstəsində olduğu bildirilən üç nəfər saxlanılıb. Onların Rusiya hərbçiləri və hüquq-mühafizə əməkdaşlarına qarşı hücumlarda iştirak etdiyi bildirilir. Həmin hücumlarda 58 nəfərin öldüyü, 130 nəfərin yaralandığı qeyd olunur.
Məlumata görə, saxlanılanlardan biri 1999-cu ildə silahlı dəstəyə qoşulub və hərbçilərin atəşə tutulmasında iştirak edib. Hadisə zamanı 15 hərbçi ölüb, 28 nəfər yaralanıb.
Digər iki nəfərin isə 29 mart 2000-ci ildə Çeçenistanın Cani-Vedeno kəndi yaxınlığında Perm OMON dəstəsinə qarşı pusquda iştirak etdiyi bildirilir. Hücum nəticəsində 43 nəfər ölüb, 102 nəfər yaralanıb.
Silahlı şəxslərin hərbi texnikanı yandırdığı və xidməti silahları götürdüyü qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






