“Çempion olmaq istəyirik”backend

“Çempion olmaq istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə yığmasının kapitanı Ueyn Runi Avropa çempionatında hədəflərindən danışıb. Məlumata görə, “Mançester Yunayted”in futbolçusu bəyan edib ki, İngiltərənin ¼ final mərhələsinə yüksəlməsi komanda üçün uğur hesab olmayacaq.

Onun sözlərinə görə, İngiltərə millisi Avropa çempionatının qalibi olmalıdır. O. halda ancaq yığmanın turnirdə uğurlu çıxış etməsi hesab olunacaq.

\”1/4 final mərhələsinə adlamaq bizim üçün kifayət olmayacaq. Biz turnirin qalibi olmaq istəyirik. Bu bizim məqsədimizdir. Mən komandanın gənc olduğu haqda danışmaq istəmirəm, hansı ki ¼ final mərhələsi onlar üçün əla perspektiv olacaq. Biz AVRO-2016-da oynayırıq və çempion olmaq istəyirik. Bu bizdə alınıb alınmayacağını dəqiq bilmirəm, amma ¼ final mərhələsinə adlamaq bizim üçün proqress olmayacaq. Məncə biz daha çoxuna layiqiq\”.

"Çempion olmaq istəyirik"

1/8 final mərhələsində yığmaların rəqibləri
İngiltərə yığması Avropa çempionatının 1/8 final mərhələsində İslandiya ilə qarşılaşacaq. İngilislər bu vaxta qədər turnirin qalibi ola bilməyib. Sonuncu dəfə 1996-cı ildə yığma komanda yarımfinal mərhələsinə qədər yüksəlib. (ans)

İnterpress.az