İyunun 20-dən növbəti təlim-məşq toplanışına qoşulan yunan-Roma güləşi yığmamızla birgə ABŞ və Mərakeş güləşçiləri də Göygölə səfər edib. Toplanışda ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü iştirak edir.
Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca yığma komandamızın üzvlərinin daha bir sınaq turnirində iştirakı gözlənilir.
Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.
İnterpress.az