ABŞ-də Yaşıl Kart lotereyası keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin DV-2027 proqramı ilə bağlı məlumat yayılıb.
Federal məhkəmə ABŞ Dövlət Departamentini ötən ilə aid DV-2027 “Green Card” lotereyasını yaxın vaxtlarda keçirməyə məcbur edib.
Məlumata görə, müraciətlərin qəbulu noyabrın 1-dək başlamalı və 30 gün davam etməlidir.
Lotereyanın nəticələrinin isə dekabrın 3-dən gec olmayaraq açıqlanması nəzərdə tutulur.
İştirak üçün 1 dollar ödəniş tələb olunacağı bildirilir. Ödəniş etmək üçün xarici bank kartının lazım olacağı qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az





