“Mass Effect” və “Dragon Age” oyunlarının yaradıcısı BioWare bağlanır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Mass Effect”, “Baldur’s Gate” və “Dragon Age” kimi məşhur videooyunların yaradıcısı olan “BioWare” studiyasının 30 illik fəaliyyətinə son qoyulacağı bildirilir.
Məlumata görə, studiyanın sahibi “Electronic Arts” şirkətinin əməkdaşlarının 3 faizini ixtisar etmək qərarı BioWare-in də fəaliyyətinə təsir edib.
Nəticədə studiyanın yeni videooyunların hazırlanmasını dayandırmağa məcbur qaldığı, o cümlədən “Mass Effect” seriyasının gələcək layihələrinin təhlükə altına düşdüyü qeyd olunur.
Media yazır ki, dünyanın ən böyük videooyun istehsalçılarından biri olan “Electronic Arts” maliyyə çətinlikləri ilə üzləşib və əlavə qənaət tədbirləri görməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az






