460 nəfərə qumar asılılığı ilə bağlı məsləhət verən şəxs özü QUMARBAZ ÇIXDIbackend

460 nəfərə qumar asılılığı ilə bağlı məsləhət verən şəxs özü QUMARBAZ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də qumar asılılığı ilə mübarizə xəttinin rəhbəri 1,4 milyon dollar oğurlayıb mərcə qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-nin Florida ştatında qumar asılılığı olan insanlara yardım xəttinə rəhbərlik edən Filip Sallivan işlədiyi daşınmaz əmlak şirkətindən 1,4 milyon dollar oğurlayaraq qumar oyunlarına xərcləyib.

Məlumata görə, şirkətdə maliyyə direktoru vəzifəsində çalışan Sallivan ümumilikdə qumar oyunlarında 2 milyon dollardan çox pul uduzub.

İşin diqqətçəkən tərəfi isə odur ki, barəsində araşdırma aparıldığı müddətdə Sallivan qumar asılılığından əziyyət çəkən insanlara yardım göstərən dövlət qaynar xəttinə rəhbərlik edib və oxşar problemləri olan 460-dan çox insana məsləhət verib.

Sallivan irəli sürülən ittihamları etiraf edib və təxminən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az