Neftin qiyməti 100 dolları KEÇDİ: Rusiyanın gəlirləri ARTIRbackend

Neftin qiyməti 100 dolları KEÇDİ: Rusiyanın gəlirləri ARTIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya neftinin qiyməti büdcədə nəzərdə tutulan səviyyəni 60 faiz üstələyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yaxın Şərqdə müharibə və neft tədarükündə yaranan fasilələr dünya bazarında neftin qiymətinin bir barel üçün 100 dolları keçməsinə səbəb olub. Bu vəziyyət Rusiyanın neft gəlirlərinin artmasına şərait yaradıb.

“Reuters”in hesablamalarına görə, oktyabrın ilk üç həftəsində Rusiya neftinin vergitutma qiyməti bir barel üçün 8699 rubla (103,4 dollar) çatıb. Bu, sentyabr ayı ilə müqayisədə 11 faiz çoxdur.

Mövcud tendensiya davam edərsə, oktyabr üzrə orta qiymət 8387 rubl (100,2 dollar) təşkil edə bilər. Bu, 2022-ci ilin martından bəri ən yüksək göstərici olacaq.

Qeyd edək ki, Rusiyanın dövlət büdcəsi neftin bir barelinin 59 dollar, yaxud nəzərdə tutulan məzənnə ilə 5440 rubl olacağı hesabı əsasında hazırlanıb.

Beləliklə, neft gəlirlərinin gözləniləndən xeyli yüksək olması Rusiya büdcəsinə əlavə vəsait qazandırır və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsini asanlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az