Uşağın dərisi dərman qəbulundan sonra SOYULDU – FOTObackend

Uşağın dərisi dərman qəbulundan sonra SOYULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 7 yaşlı qızın dərman qəbulundan sonra dərisi soyulmağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Voronej vilayətində 7 yaşlı Mariya nitq pozuntusuna görə özəl klinikada uşaq nevroloqu tərəfindən müalicə alarkən ağır fəsadla üzləşib.

Məlumata görə, həkim uşağa bir neçə dərman, o cümlədən epilepsiya əleyhinə istifadə edilən “Lamotrigin” preparatını təyin edib.

Dərmanı qəbul etməyə başladıqdan sonra qızın vəziyyəti pisləşib. Onun dərisində səpkilər yaranıb, dəri, gözlər və selikli qişalarda iltihab müşahidə olunub, hərarəti yüksəlib və dərisi soyulmağa başlayıb.

Vəziyyəti ağırlaşan uşaq infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Həkimlər ona Layell sindromu kimi tanınan toksik epidermal nekroliz diaqnozu qoyublar.

Mariya iki həftə reanimasiya şöbəsində müalicə alıb.

Müalicə edən həkimlər sindromun inkişafını “Lamotrigin” preparatının qəbulu ilə əlaqələndiriblər.

Ailəsi isə nevroloqun lazımi müayinələr aparmadan dərman təyin etdiyini və uşağın sonrakı vəziyyətinə kifayət qədər nəzarət edilmədiyini iddia edir.

Xuraman Etibarlı

İnterpress.az