Qadın ərinin məşuqəsinə xərclədiyi pulun yarısını məhkəmə ilə GERİ ALDIbackend

Qadın ərinin məşuqəsinə xərclədiyi pulun yarısını məhkəmə ilə GERİ ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqlu qadın ərinin məşuqəsinə xərclədiyi pulun yarısını məhkəmə yolu ilə geri alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda yaşayan qadın boşandığı ərindən məşuqəsinə xərclədiyi pulun təxminən 700 min rublunu (təxminən 14 min 500 manat) məhkəmə yolu ilə geri almağa nail olub.

Qadın ərinin xəyanətindən onun həmin qadınla münasibətdə olan dostu vasitəsilə xəbər tutub. Bundan sonra ərinin bank köçürmələrini yoxlayan qadın iki il ərzində onun məşuqəsinə ümumilikdə 1,4 milyon rubla (təxminən 29 min manat) yaxın pul göndərdiyini müəyyən edib.

Boşandıqdan sonra qadın həmin məbləğin yarısını birgə əldə edilmiş əmlak hesab edərək tələb edib. Məhkəmə onun iddiasını təmin edib.

Xuraman Etibarlı

İnterpress.az