Ermənistanda yeni Konstitusiyanın taleyi sual altındadır – “Hraparak”backend

Ermənistanda yeni Konstitusiyanın taleyi sual altındadır – “Hraparak”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı qeyri-müəyyənlik qalır.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasında yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı qeyri-müəyyənlik davam edir. Buna səbəb parlamentdə konstitusion çoxluğun olmamasıdır.

Qəzetin məlumatına görə, baş nazir Nikol Paşinyan Türkmənistandan qayıtdıqdan sonra Konstitusiya üzərində işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Onun bu istiqamətdə yol xəritəsi olsa da, sənəd hələlik hakim fraksiyanın deputatlarına təqdim edilməyib.

Nəşr daha əvvəl yazıb ki, hakimiyyət yeni Konstitusiya ilə bağlı prosesi oktyabrın 8-də Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra fəallaşdırıb.

Qəzetin iddiasına görə, plan müxalifətin və ayrı-ayrı deputatların dəstəyini qazanmaq cəhdlərini, son variant kimi isə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az