ChatGPT və Claude Rusiyada tamamilə BLOKLANA BİLƏRbackend

ChatGPT və Claude Rusiyada tamamilə BLOKLANA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada milyonlarla istifadəçi ChatGPT və Claude-a çıxışını itirə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ekspertlərin xəbərdarlığına istinadən Rusiya mediası məlumat yayıb.

Ekspertlər ChatGPT və Claude süni intellekt xidmətlərinin Rusiya istifadəçiləri üçün tam əlçatmaz ola biləcəyini istisna etmirlər.

Bildirilir ki, bu ehtimal OpenAI və Anthropic şirkətlərinin birjada səhmlərini yerləşdirməsindən sonra daha da arta bilər.

Məlumata görə, hazırda bu süni intellekt xidmətlərindən Rusiyada və Çində istifadəyə rəsmi məhdudiyyətlər mövcuddur.

Bununla belə, istifadəçilərin xidmətlərə çıxışına nəzarətin o qədər də sərt olmadığı, şirkətlərin istifadəçi auditoriyasını itirmək istəmədiyi iddia edilir.

Xuraman Etibarlı

İnterpress.az