Almaniya elektrik enerjisi reytinqində İraq və Qırğızıstandan GERİ QALIBbackend

Almaniya elektrik enerjisi reytinqində İraq və Qırğızıstandan GERİ QALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya elektrik enerjisi təchizatının etibarlılığı üzrə dünya reytinqində 69-cu yerdə qərarlaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Adam Smit İnstitutunun hazırladığı reytinqdə yer alan məlumatlara istinadən bildirilir.

187 ölkənin qiymətləndirildiyi siyahıda Almaniya 69-cu yeri tutub.

Ölkə Avropanın əksər dövlətlərindən geri qalmaqla yanaşı, İraq, Bosniya və Herseqovina, eləcə də Qırğızıstandan da aşağı mövqedə qərarlaşıb.

İnstitut Almaniyanın vəziyyətini beş səviyyəli qiymətləndirmə sistemində üçüncü, sərhəd səviyyəsi kimi təsnif edib.

Almaniyanın ən zəif nəticəsi elektrik enerjisinin sutkanın və ilin istənilən vaxtında əlçatanlığı meyarı üzrə qeydə alınıb. Bu göstəricidə ölkə 187 dövlət arasında 180-ci yeri tutub.

Xuraman Etibarlı

İnterpress.az