Rusiyada orta əsrlərə aid 135 eksponatın qaçaqmalçılığına görə iki nəfər cəzalandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Rusiyanın Tambov vilayətinin iki sakini orta əsrlərə aid 135 mədəniyyət nümunəsini Böyük Britaniya və Fransaya qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiklərinə görə məhkum ediliblər.
FSB-nin məlumatına görə, Şimal-Şərqi Rusiyanın və Qərbi Qafqazın orta əsrlər mədəniyyətinə aid əşyaların ümumi dəyəri təxminən 1 milyon rubl (təxminən 21 min manat) qiymətləndirilir.
Hər iki şəxs 2024-cü ilin avqustunda saxlanılıb. Onların hansı cəzaya məhkum edildiyi barədə məlumat açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






