Moskva vilayətində yanğında 13 yaşlı qız ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva vilayətində yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, mənzilin pəncərələrindən kömək çağıran insanlar eşidilib.
Şahidlər yanğınsöndürənlərin iri avtomobillərinin həyətə daxil olmaqda çətinlik çəkdiyini bildiriblər. Buna səbəb ərazidə çoxlu sayda avtomobilin park edilməsi olub.
Nəticədə yanğının vaxtında söndürülməsinin çətinləşdiyi iddia edilir.
Hadisə nəticəsində 13 yaşlı qız həyatını itirib, azı üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Binadan 65 nəfər təxliyə olunub.
Sakinlərin sözlərinə görə, həyətə giriş və parklanma problemi ilə bağlı əvvəllər də idarəedici şirkətə və şəhər administrasiyasına müraciətlər edilib, lakin şikayətlərə formal cavablar verilib.
Sıx tikinti və parklanma yerlərinin çatışmazlığı səbəbindən həyət ərazisində ciddi tıxacların yarandığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






