ABŞ-də 521 gün əsirlikdə saxlanılan məktəbli Among Us oyunu vasitəsilə kömək istəyərək xilas olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
15 yaşlı Kayli Arellano 2025-ci ilin mayında ABŞ-nin Yuta ştatında itkin düşüb. 39 yaşlı Adam Harmel onu sosial şəbəkələr vasitəsilə aldadaraq Oreqon ştatındakı evinin zirzəmisində əsir saxlayıb.
Şübhəli şəxsin yeniyetməyə təxminən il yarım ərzində təcavüz edib, əvvəlcə onun oral seksinə mane olmamaq üçün breketlərini kəlbətinlə çıxarıb.
Bir müddət sonra cinayətkar qıza SİM-kartsız, lakin Wi-Fi bağlantısı olan köhnə telefon verib.
Kayli Among Us oyununa daxil olaraq digər oyunçu ilə tanış olub və başına gələnləri ona danışıb.
Oyunçu isə bu barədə anasına məlumat verib. Qadın FTB-yə müraciət edib.
Polis qızı azad edib, şübhəlini isə saxlayıb. Onu ciddi federal ittihamlar gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






